Ürək çatışmazlığı, ürəyin bədənin ehtiyacını təmin edəcək qədər qanı bədənə çatdıra bilməməsi səbəbilə ağciyərlərə və bədənin digər hissələrinə maye yığılması ilə müşayiət olunan ciddi bir vəziyyətdir. Buna baxmayaraq vaxtında diaqnoz qoyulduqda və düzgün müalicə olunduqda xəstələr uzun və keyfiyyətli həyat yaşaya bilirlər.
Ürək çatmamazlığının əlamətləri hansılardır?
Təngnəfəslik: Ağciyərlərə maye yığılması səbəbilə baş verir. Xəstəliyin erkən mərhələsində adətən hərəkət və fiziki aktvlikdən sonra meydana çıxan təngnəfəslik, daha sonra sakitlikdə də meydana çıxır. Gecələr və ya uzanıq vəziyyətdə meydana çıxan təngnəfəslik daha ciddi simptomdur və ürək çatışmazlığı üçün spesifikdir.
Öskürək və ya nəfəs verərkən fitverici xırıltı: Bu da adətən ağciyərlərdə maye durğunluğu səbəbilə baş verir. Lakin bronxial astma və ya xroniki bronxiti olanlarda da rast gəlinir.
Bədən kütləsində dəyişikliklər: Ürək çatışmazlığı olan xəstələrdə sürətli çəki dəyişiklikləri (maye toplanmasına bağlı çəki artımı və ya müalicəyə bağlı çəki itkisi) tez-tez rast gəlinir. Hər səhər çəkinizi ölçmək və 3 gün ərzində 2 kq dan artıq çəki artımı olduğu halda həkiminizə müraciət etməyiniz tövsiyə olunur.