SEO xidməti ; kobud səslənsədə, saytınızın Google və digər axtarış motorlarında öndə çıxması üçün edilən işlərin toplusudur.
1. Hədəf kütlənin müəyyən edilməsi:
Açar sözlərin müəyyən olunması |
Xidmət sahənizə görə sizi ən yaxşı təmsil edəcək açar sözlərin təyin edilməsi. Həmçinin axtarış həcmi nəzərə alınır.
Rəqib analizi |
Bu sektor üzrə rəqibləriniz analiz olunur və hədəf kütlənizin daha yaxşı müəyyən edilməsi üçün hesabatlar aparılır.
2. Saytınızdan istifadə edən istifadəçilərin sayının artırılması.
Kontent optimizasiyası |
Saytınızı ziyarət edən istifadəçini razı salacaq kontentlərin yazılması SEO xidmeti üçün önəmli proseslərdən biridir. Çünki saytınızı ziyarət edən istifadəçi axtardığı açar sözlə əlaqəsiz bir şeylə qarşılaşarsa, sizin saytınızı tez bir zamanda tərk edəcək və bu sizi axtarışlarda geri salacaqdır.
Mobil dostu (Responsive) |
Mobil dostu saytlar bütün telefonlar üçün uyğunlaşdırılan saytlardır. Bu saytlar digərlərinə nəzərən Google tərəfindən daha çox bəyənilir və istifadəçini razı salır.
İstifadəçi təcrübələri |
İstifadəçilərin təcrübələri nəzərə alınaraq, istifadəçinin saytda itməməsi üçün bəzi proseslər həyata keçirilir.
3. Geridönüşləri ölçmək.
Aylıq hesabatlar |
Geridönüşün nə qədər olduğunu, ay ərzində görülən bütün işlərin ümumi hesabatının təhvil verilməsi.
Nəzarət |
Sayt üzərindən edilən dəyişikliklər, yayımlanan kontentlər bəzən istifadəçini xətalar ilə qarşı-qarşıya qoya bilər. Ona görədə sayt, daim nəzarət altında saxlanılmalıdır.
Data analizləri |
Ən çox geridönüş alan səhifələr, ən çox populyarlıq qazanan səhifələr, yeni istifadəçilərin aylıq və illik hesabatlarının aparılması, aralarındaki fərqlərin ölçülməsi.
İstifadəçi təcrübələri |
Real istifadəçi təcrübələri əsasında saytın optimizasiya olunması daha doğrudur. Çünki istifadəçinin nə istədiyi və haralarda gəzdiyi artıq bizə məlum olacaqdır.
Nə üçün SEO xidmeti lazımdır ?
Axtarış nəticələrində yuxarıda olmaq sizə daha çox müştəri gətirəcəkdir. (Açar sözlərin nöqtə atışı olması mütləqdir. Çünki sizə, sizin xidmətinizlə bağlı axtarış edən şəxslər lazımdır. )
Digər marketinq vasitələri ilə birləşdiyi halda, satışınızı daha yüksək səviyyəyə çatdıracaqdır.
Xidmətinizin markalaşması və daha çox şəxs tərəfindən tanınması üçün.